30 Oktyabr

Mərkəzi Bank yeni hərrac elan etdi – 100 MİLYON

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 3-də depozit hərracı keçirəcək.

"Mərkəzi Bank iyulun 3-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Fins.az xəbər verir ki, cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 10,01%-14,99% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.