30 Oktyabr

Fond “Dekabank”ın kreditorlarına müraciət etdi – PULLARINIZI GÖTÜRÜN!

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dekabank” ASC-nin kreditorlarına müraciət edib. Fins.az Fonda istinadən xəbər verir ki, Bankın bütün kreditorlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi prosesinin davam etməsinə baxmayaraq, bəzi kreditorlar hələ də vəsaitlərini götürməyiblər.

Ləğv prosesində olan “Dekabank KB” ASC-nin ləğvedicisi kimi Fond vəsaitlərini götürməmiş kreditorlardan vəsaitlərini götürmək üçün ləğv prosesində olan banka müraciət olunmasını xahiş edib. Bunun üçün kreditorlar “Dekabank”ın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14/16 ünvanında yerləşən baş ofisinə müraciət etməlidirlər.