30 Oktyabr

Banklararası bazarda dollar bahalaşmaqda davam edir

İyulun 3-də banklararası ticarətdə dollar yenidən 0,61% bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6962 manat kursu ilə başlayıb.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6860 manat məzənnəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.