İyulun 4-də banklararası ticarətdə dollar yenidən 0,71% bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6910 manat kursu ilə başlayıb.
Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6860 manat məzənnəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.