30 Oktyabr

Dollar yüksələn xətlə gedir – "BLOOMBERG"DƏ

İyulun 5-də banklararası ticarətdə dollar günə bahalaşma ilə başlayıb. Fins.az xəbər verir ki, bu gün “Bloomberg” terminalında dollar bahalaşaraq 1.6905 manata çatıb.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6860 manat məzənnəsi ilə ticarət edilirdi.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.