30 Oktyabr

Dollar satışında ən aşağı marja bu banklardadır – SİYAHI

“Amrahbank”, “Nikoil Bank”, “Azər Türk Bank”, “Kapital Bank”, “BTB Bank”, “Bank Avrasiya” və “Expressbank” dolların alış-satışındakı marjanı 1 qəpikdən də aşağı fərqlə mübadilə edirlər.

Azərbaycanda banklar arasında ABŞ dollarının nağd şəkildə mübadiləsindən ən çox qazanan “Xalq Bank”dır.

Fİns.az xəbər verir ki, Banker.az saat 14:25 radələrində apardığı monitorinqə əsasən, “Xalq Bank” dolları 1,66 manatdan alır, 1,71 manata satır və bank hər 1 dollar üçün 5 qəpik qazanır.

Banklar arasında dollar alış-verişində ən az qazanan isə “Amrahbank”dır. Bu bankda alış qiyməti 1,6930 manat, satış qiyməti isə 1,6970 manatdır. Son göstəricilərə görə bu 1 qəpik belə etmir. Yəni, hər dollar üzrə gəlirlilik marjası 0,4 qəpikdir.