Mərkəzi Bankın təşəbbüsü ilə Blumberq hərrac platformasını təkmilləşdirilib. Bundan sonra platformada valyuta (“spot” və “forvard”) və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilib.
Qeyd edək ki, Blumberqin çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə Blumberqin FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. Blumberq Peşəkar Xidmətləri (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem Blumberqin statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funksionallıqlarına tam inteqrasiya olunub.