Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının yeni not emissiyasını (50100158S) dövlət qeydiyyatına alıb. Palatadan Fins.az-a verilən məlumata görə, emissiya 1 milyon ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur. Notların hər birinin nominal dəyəri 100 manat , tədavül müddəti 28 gündür.