Bu yaxınlarda kapitalını kəskin artırmış “UniBank” ASC-nin idarə heyətində yenilənmə olub.
Fins.az xəbər verir ki, əvvəl İdarə Heyəti sədrinin müavini olan Asəf Hüseynov 1-ci müavin təyin edilib.
İdarə Heyətinin üzvü Emin Rəsulzadə isə İdarə Heyətinin Sədrinin biznesin inkişafı və innovasiyalar üzrə Müavini təyin edilib. O həmçinin, Bankda Baş maliyyə inzibatçısıdır.
“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynovdur.
Digər bir məlumata görə, “Unibank”ın İdarə Heyətinin üzvlərinin artacağı gözlənilir.
[#gallery#]
© Marja