30 Oktyabr

Bağlanan banka məxsus binanı alan olmadı – HƏRRAC

Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan əmlakı alan tapılmayıb. Fins.az bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0168 ha torpaq sahəsində yerləşən 94 c nömrəli qeyri-yaşayış binası bu il iyulun 10-da açıq hərraca çıxarılıb.

Açıq hərraca cıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Qeyd edək ki, “Atra Bank” ASC-yə məxsus qeyri-yaşayış binasının ilkin satış qiyməti 1 milyon 010 min 190 manat müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondu “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verib.