Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edib. Fins.az xəbər verir ki, hərrac bu il iyulun 17-də saat 11:00-11:15-də Bloomberg ticarət platformasında keçiriləcək.
Mərkəzi Bank bu dəfə hərracda 100 milyon manatı cəlb etməyi planlaşdırır. Depozitlərin müddəti 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% arasında müəyyən edilib.