Bu gün Mərkəzi Bankın vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı baş tutub. Fins.az xəbər verir ki, hərracda tələb təklifi 6 dəfədən çox üstələyib.
Mərkəzi Bankdan verilən məlumata görə, depozit hərracından banklardan 600,6 milyon manat həcmində tələb daxil olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 milyon manat cəlb olunub.
Depozitlərin orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.