30 Oktyabr

Neft Fondunun Mərkəzi Banka transfert etdiyi məbləğ məlum oldu

Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu 2017-ci ilin ilk 6 ayı ərazində gəlir və xərclərini açıqlayıb. Fins.az xəbər verir ki, siyahıda Fondun Mərkəzi Banka transfertinin məbləği də yer alıb.
DNF-dən verilən məlumata görə, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Mərkəzi Banka 2 448,3 milyon manat transfert edilib.
Qeyd edək ki, yanvar-iyun aylarında DNF-in büdcəsinin icrası çərçivəsində 2 991,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 milyon manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 milyon manat vəsait ayrılıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 4,7 milyon manat vəsait yönəldilib.
2017-ci ilin yanvar-iyun ayları ərzində DNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 milyon manat təşkil edib