30 Oktyabr

Mərkəzi Bank daha 200 milyon manatı yığmağa hazırlaşır – HƏRRAC

İyulun 19-da Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 200 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Qeyd edək ki, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notların ödəmə tarixi 16.08.2017-ci il təyin edilib.

Mərkəzi Bankın qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Qayadalara edilən son dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.