30 Oktyabr

Mərkəzi Bank sığortaçı axtarır

Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri toplusu üçün açıq tender keçirir.

Fins.az-ın verdiyi xəbərə görə, tender proseduru 21 avqust 2017-ci il saat 15:00-da AMB-nin inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 18 avqust 2017-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 9 avqust 2017-ci il saat 18:00-a qədər təqdim etməlidirlər, iştirak haqqı kimi 300 manat ödəməlidirlər.

Xidmətin göstərilməsinə 1 noyabr 2017-ci ildən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2018-ci ildən başlanılır. Xidmətin göstərilməsi müddəti 1 ildir.

Təkliflər qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi əsasında qiymətləndiriləcək.

Tender üzrə əlaqələndirici şəxslər Elvin Şirdanov (Hüquq Departamentinin əməkdaşı; tel.: 493 11 22 (dax. - 428); e-poçt: [email protected]) və Ceyhun Səməndovdur (İnzibati Departamentin əməkdaşı; tel.: 493 11 22 (dax. - 599); e-poçt: [email protected]).

© Report