Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.
Azərbaycan İpoteka Fondunun son məlumatına əsaslanaraq borcalanların ailə vəziyyəti 2017-ci ilin mart ayına aşağıdakı cədvələ əsasən bölünüb.
Bu onu göstərir ki, borcalanların böyük bir qismi ailəlidir. Bəs ipoteka öhdəliyi götürən ailələr nə etməli?
Kreditdən necə sığortalanaq?
Ailə büdcəsinin hansı yolla planlamasına baxmayaraq, həyat öz nizamı ilə gedir. Məsələn, gözləmədyiniz halda ağır bir xəstəlik və ya iqtisadi böhran baş verə bilər. Təəssüf ki, bu hallarda da kredit ödəmə öhdəliyindən vaz keçmək olmur. Nəticədə bu hala uyğunlaşıb həyat tərzini dəyişmək məcburiyyətindəsən.
Araşdırmaların nəticələri deməyə əsas verir ki, ipoteka götürən şəxslər iqtisadi-siyasi vəziyyətdən aslı olmayaraq bəzi qaydalara əməl etsə, ipoteka ödənişlərini təmin edə bilər
-
Maliyyə təhlükəsizliyi yastığı
Əksər hallarda maliyyə böhranı zamanı ənənəvi ailə büdcə planlaması işləmir. Bundan belə nəticə çıxarmaq olar ki, planlamadan öncə, bütün gəlir və xərclərini uzun zaman müddətinə hesablamaq lazımdır.
Bu gün əksər kredit təşkilatları öz müştərilərinə sərfəli depozit hesabları təklif edir. Düzgün olar ki, uzun müddətli ipoteka öhdəliyi götürənlər özlərini sığortalıyaraq depozit hesabları açsınlar və maliyyə təhlükəsizlik yastığı əldə etsinlər. Bütün uğursuzluqlara və çətin hallara hazır olmaq üçün ehtiyyatda pul saxlamaq vacibdir.
-
İpoteka öhdəliyini vaxtından əvvəl ödəməyə qərarlısınızsa, o halda aylıq ödənişi azaltmaq olar
Heç kimə sirr deyil ki, kredit müddətini azaltmaq üçün, aylıq kredit ödənişini artırmaq lazımdır. İpoteka krediti ödəyən şəxs çalışır ki, aylıq ödənişi maksimal məbləğdə etsin, lakin böhran zamanı bunu etmək olmaz. Əksinə, kredit öhdəliyində göstərilən minimal məbləği ödəmək lazımdır. Bu zaman, artıq qalan məbləği maliyyə ehtiyatına və ya ailə büdcəsinə əlavə etmək olar.
-
Sığortaya qənaət etməyin
Borc götürənlərin əksəriyyəti bu sualla qarşılaşır: ipoteka sığortası ödənilməsə nə baş verər?
Cavab: bu halda kreditverən ipoteka faizini artıra bilər.
Ənənəvi ipoteka müqavilələrində xüsusi bir bənddə qeyd olunur ki, əgər kredit alan şəxs sığortadan imtina edirsə, bank qanunvericiliyə uyğun olaraq ipoteka faizini artırmaq ixtiyarındadır. Bu 2-8%-ə qədər artırıla bilər. Bu, təklif olunan variantların ən yaxşısıdır Çünki ən pis halda, kredit verən bütün məbləğin ödənişini birdəfəlik istəyə bilər.
Ən başlıcası budur ki, kreditverəndən qaçmaya çalışmayasan. Yoxsa, kreditverən qarşısında cavabdehlik daşıyaraq çox çətin vəziyyətə düşə bilərsiniz.
Müəllif: Vüqar Bağırov