30 Oktyabr

Mərkəzi Bankdan növbəti depozit hərracı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Fins.az xəbər verir ki, 31 iyul 2017-ci il tarixində keçiriləcək hərrac lə 100 000 000 (yüz milyon) manat cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% aralığında müəyyən olunub.

Xəbər verdiyimiz kimi, 24.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 676 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişd. Mərkəzi Bank 200 milyon manat cəlb edəciyini açıqlamışdı.

17.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında isə tələb 600,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdi.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.