Avqust ayının 3-də banklararası ticarətdə dolların məzənnəsi yenilənib. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6982 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların 0,01% ucuzlaşması deməkdir.
Qeyd edək ki, iyul ayının 27-dən etibarən banklar öz aralarında dolları 1.6983 manat kursu ilə ticarət edirdilər.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.