30 Oktyabr

Banklararası ticarətdə dollar bahalaşdı

Avqust ayının 4-də banklararası ticarətdə dollar bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.7014 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların 0,18% bahalaşması deməkdir.

Qeyd edək ki, son bir həftədə dollar ilk dəfə 1.70 manat həddini keçib. İyulun 27-dən etibarən banklar arasında ticarət 1.6983 manat məzənnəsi ilə aparılırdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.