30 Oktyabr

Bank sektorunda işləyənlərin sayı artdı

Bank sektorunda işləyənlərin sayı artmağa başlayıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30 İyun 2017-ci il tarixinə bank sektorunda işləyənlərin sayı 61 nəfər artaraq 16095 nəfər olub. Bu ilin may ayında isə bank sektorunda işçilərin sayı 16 034 nəfər idi.
Qeyd edək ki, apreldə bank sektorunda işləyənlərin sayı 98 nəfər, mayda isə 180 nəfər azalmışdı.
Bank sektorunda çalışanların sayı ötən ilin sonunda isə 16947 nəfər olub.