30 Oktyabr

Əhalinin banklardakı əmanətləri artdı

Əhalinin banklardakı əmanətləri iyun ayında 0,8% artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, 30 İyun 2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 6 milyard 880.7 milyon manat təşkil edib.
Qeyd edək ki, aprel ayında bu göstərici 6 milyard 847.5 milyon manat, mayda isə 6 milyard 820.1 milyon manat olmuşdu.