30 Oktyabr

“Bank Silk Vey”in rəhbərliyində dəyişiklik olub

Səhmdarların Ümumi Yığıncağının 07 avqust 2017 il tarixli qərarına əsasən “Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olmuşdur.

Bankdan verilən məlumata görə, İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov – Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü, sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə - İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Xatırladaq ki, Elçin Eldar oğlu Əhmədov 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir. Bir çox tanınmış şirkətlərdə məsul və rəhbər vəzifələrdə işləyən cənab Əhmədov, 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, 2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra etmişdir.

©Marja