30 Oktyabr

AMB-nin dövriyyədə olan notlarının həcmi tarixi rekordunu yeniləyib

Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, hazırda bu rəqəm 500 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqla 7 həftə əvvəlki göstəricidən 42,86% və yaxud 150 mln. manat çoxdur.

Əvəzində notların orta illik gəlirliliyi isə 12,39%-dən 10,01%-ə düşüb.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu il iyunun 22-də (350 mln. manat), ən yüksək gəlirliliyi isə bu il aprelin 5-də (14,98%) qeydə alınıb.

© Report