30 Oktyabr

“NBC Bank” işçi axtarır –VAKANSİYA

NBC Bank” kredit mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (iqtisadiyyat sahəsi üzrə), bank sektorunda kredit mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 9-dur.

İş barədə məlumat

- Bankın kredit məhsulları barədə müştərinin məlumatlandırılması
- Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi
- Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
- Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
- Banka perspektiv müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması
- Kredit və girovların monitorinqinin həyata keçirilməsi
- İş qrafiki (I-V) 09:00-17:00, (VI) 10:00-15:00



Namizədə tələblər

- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
- Bank sektorunda kredit mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi
- Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma
- İnsanlarla ünsiyyət qurma bacarığı
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
- Analitik qabiliyyət
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
- MS Office proqramlarında işləmə bacarığı

Telefon (012) 566-46-46

E-mail [email protected]