30 Oktyabr

AMB–nin depozit hərracında tələb təklifi üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

Hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 4,45 dəfə çox - 444,7 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.