30 Oktyabr

Banklararası ticarətdə dollar yenidən ucuzlaşdı

Avqust ayının 21-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,16% ucuzlaşaraq 1.6973 manat olub.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.