Avqust ayının 28- də Exselsior hotelində Ata Bank dünyanın aparıcı ödəniş sistemlərindən biri olan UnionPay İnternational şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalamışdır.
Fins.az xəbər verir ki, Tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS- terminallarında emissiya etdiyi kartların sayına görə dünya lideri olan UnionPay İnternational kartları ilə əməliyyatlar etmək mümkün olacaq.
Qeyd edək ki , 2002- ci ilin mart ayında Çin Dövlət Şurası və Çin Xalq Bankı tərəfindən təsis edilmiş UnionPay İnternational şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.
UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir. Kartlarının ümumi sayı 5 milyarddan artıqdır, bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda ,dünyanın 40 ölkəsində emissiya olunub.
!993 – cü ildən fəaliyyət göstərən AtaBank ASC 100% yerli kapitallı,yüksək texnologiyalı universal Azərbaycan bankıdır.Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir.Bank Bakıda və ölkənin digər regionlarında 31 filial və şöbəni,81 ATM və 18,000 POS- terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsi ilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
[#gallery#]