Avqust ayının 29-də banklararası ticarətdə dollar manat qarşısında yenidən bahalaşıb. Fins.az xəbər verir ki, növbəti valyuta hərracı ərəfəsində “Bloomberg” terminalında dollar 0,04% dəyər qazanaraq 1.6991 manat səviyyəsinə qalxıb. Ötən gün terminal üzərində son ticarət 1.6985 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.