Azərbaycan Mərkəzi Bankı 2017-ci il tarixli manat əsginaslarını dövriyyəyə buraxıb. Bununla da kolleksiyaçılar arasında mübarizə başlayıb.
Fins.az Publika.az-istinadən xəbər verir ki, sosial şəbəkələrdə kolleksionerlər arasında dövriyyəyə yeni buraxılan UNC formalı “F” serialı manatlar uğrunda əməlli-başlı mübarizə gedir. Bu xüsusilə dövriyyədə olan pulları seriyalarına uyğun şəkildə toplayan kolleksionerlərin diqqətini çəkib.
Qeyd edək ki, müvafiq serialı əsginaslar dövriyyədə qalarsa, növbəti seriyaların da dövriyyəyə buraxılması gözlənilir.