30 Oktyabr

Hərrac ərəfəsində dollar 1.70 manat oldu – SON DƏQİQƏ

Sentyabr ayının 5-də banklararası ticarətdə dollar manat qarşısında yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,28% dəyər qazanaraq 1.7000 manat səviyyəsinə qalxıb. Terminal üzərində son ticarət 1.6953 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, sonuncu dəfə “Bloomberg”də dollar avqust ayının 18-də 1.7000 manatl məzənnəsi ilə ticarət edilmişdi.

Xatırladaq ki, bu gün növbəti valyuta hərracı keçiriləcək.