30 Oktyabr

Valyuta hərracı başa çatdı – NƏTİCƏ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7010 səviyyəsində müəyyən edib.