Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, 13.09.2017-ci il tarixindən etibarən Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7008 manat səviyyəsində müəyyən olunmuşdur. Bu gün rəsmi məzənnə 1.7009 manatdır.
Xəbər verdiyimiz kimi, 12 sentyabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşmışdır.