2017-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanın idxal əməliyyatlarının həcmi 5 300.78 milyon dollar təşkil edib. Fins.az BBN-ə istinadən xəbər verir ki, ölkəyə idxal olunan məhsulların ümumi dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 4.22 % azalıb.
İdxal əməliyyatlarının həcmində dövlət sektorunun payı 697.5 milyon dollar , özəl sektorun payı isə 4324.01 milyon dollar olub.
Qeyd edək ki, idxal əməliyyatlarının ümumi həcminin 279.25 milyon dolları fiziki şəxslərin payına düşür.