Sentyabrın 22-də Asiya İnkişaf Bankının (ADB) menecmenti Azərbaycanda dəmir yolu sahəsinin inkişaf etdirilməsinə kredit ayrılması məsələsinə baxacaq.
Fins.az “Report”-a istinadən xəbər verir ki, layihə üzrə kreditin məbləği 400 mln. ABŞ dolları təşkil edə bilər.
Məlumata görə, avqustun 28-dən sentyabrın 8-dək Bankın faktaraşdırıcı missiyası Bakıda olub və “Dəmiryolu sektorunun İnkişaf Proqramı Layihəsi" ilə bağlı bir sıra görüşlər keçirib.
Xatırladaq ki, layihə ilə bağlı faktaraşdırıcı missiyanın ilk öncə avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilirdi. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırıldı.