Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 15.09.2017-ci il tarixindən etibarən Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7007 manat səviyyəsində müəyyən olunmuşdur. Bu gün rəsmi məzənnə 1.7008 manatdır.
Xəbər verdiyimiz kimi, 14 sentyabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşmışdır.