30 Oktyabr

Bitcoin sürətlə ucuzlaşır

Bu gün Bitcoin 5.3 faizə qədər düşərək, beşinci gündür ki ucuzlaşır. Virtual pul 2016-cı ilin İyulundan bu yana ən uzun müddətdir ki, dəyərdən düşür. Fins.az xəbər verir ki, saat 15:30-da Bitcoin-in Coindesk-də qiyməti 3668 dollar olub. Bitcoin bu həftə 10%-ə yaxın ucuzlaşıb. Çərşənbə axşamı günü, ABŞ-ın iri maliyyə şirkəti JPMorgan-ın İcraçı direktoru Dimon, Bitcoinin "saxtakarlıq" və "dələduzluq" olduğunu açıqlamışdı.

Çin, Bitcoin və digər virtual pul əməliyyatlarını yerli valyuta bazarlarında qadağan etməyə hazırlaşdığını bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl Bitcoin-in qiyməti 5000 dolları keçmişdi.