30 Oktyabr

İki milyard manata yaxın gecikmiş kredit var

Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil etmiş, onun 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olmuşdur.

Fins.az məlumata istinadən xəbər verir ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,1 faizini və ya 1 milyard 813 milyon manatını təşkil etmişdir.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il avqust ayının 1-nə 6 milyard 860,7 milyon manat təşkil etmişdir.