"Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor əvəzi təyin edilib . Direktor əvəzi Anar Şahbazovdur. O, yeni vəzifəsində Samir Cəfərlini əvəz edib.
Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 303867 manatdır. BOKT-un təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatıdır (24%).