30 Oktyabr

“Bank Ombudsmanı” və “Yapı Kredi Bank” əməkdaşlığa başlayır

Sentyabrın 18-də "Bank Ombudsmanı" (BO) ilə "Yapı Kredi Bank" QSC arasında keçirilən görüşdə Ombudsmanın Əsasnaməsi və reqlamenti ilə bağlı bəzi təkliflər, "Bank Ombudsmanı"nın hansı işlərə baxması, verdiyi qərarların tərəflər üçün hansı hüquqi nəticə yaradacağı, eyni zamanda, BO ilə "Yapı Kredi Bank" arasında əməkdaşlığın detalları müzakirə olunub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanda Banklar Assosiasiyasından (ABA) verilən məlumatda bildirilir.

Qeyd edək ki, "Bank Ombudsmanı"nın yaradılması haqqında qərar Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağının bu il aprelin 3-də keçirilən iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda "Bank Ombudsmanı"nın Əsasnaməsi və reqlamenti təsdiq olunub. Hazırda "Bank Ombudsmanı" 23 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün "Bank Ombudsmanı"na verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.