30 Oktyabr

“Günay Bank”da yeni təyinatlar olub

“Günay Bank” ASC-nin rəhbəriyinə peşəkarlar cəlb olunur. “AtaBank”a birləşmiş “CDB Bank”ın İdarə Heyətinin sədr əvəzi işləmiş Zaur Əhmədov “Günay Bank”da İdarə Heyətinin sədr müavini təyin edilib.

Bundan başqa, “CDB Bank”ın İdarə Heyətinin üzvü olmuş Eldar Abdullayev də “Günay Bank”da İdarə Heyətinin sədri müavini keçib.

Hazırda Ağayev Emin Nadir oğlu “GünayBank” ASC İdarə Heyətinin sədridir.

“GünayBank” ASC-də 7 nəfər İdarə Heyətinin sədrinin müavinidir.

"Günay Bank" ASC 30 aprel 1992-ci ildə fəaliyyətə başlamışdır. Bank Azərbaycanda qeydiyyatdan keçmiş ilk banklardan biridir.

Marja