“Fintrend” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib. Fins.az xəbər verir ki yeni direktor Rüfət Cəfərovdur. O, yeni vəzifəsində Fuad Hacıyevi əvəz edib.
Həmçinin “Regional” MMC BOKT-a rəhbərlik edən Fərid Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Ziya Babayev təyin olunub. Məlumat üçün qeyd edək ki, bu kredit təşkilatlarının hər biri 300 min manatlıq nizamnamə kapitalı ilə 2014-cü ildə fəaliyyətə başlayıb.