30 Oktyabr

Azərbaycanda daha iki BOKT-a yeni direktor təyin edilib

“Fintrend” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib. Fins.az xəbər verir ki yeni direktor Rüfət Cəfərovdur. O, yeni vəzifəsində Fuad Hacıyevi əvəz edib.

Həmçinin “Regional” MMC BOKT-a rəhbərlik edən Fərid Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Ziya Babayev təyin olunub. Məlumat üçün qeyd edək ki, bu kredit təşkilatlarının hər biri 300 min manatlıq nizamnamə kapitalı ilə 2014-cü ildə fəaliyyətə başlayıb.