30 Oktyabr

Mərkəzi Bankın faiz qərarı nədən xəbər verir? -ŞƏRH

Mərkəzi Bank banklara süni nəfəs verməyə davam edir. Bunu açıqlamasında maliyyə analitiki, “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli deyib. Belə ki, Mərkəzi Bank son iclasında uçot dərəcəsində heçbir dəyişilik etmədən olduğu kimi saxlayıb. Bununla da kredit vermək imkanı məhdud olan banklara likvid vəsaitlərini Mərkəzi Banka depozit və notlar vasitəsi ilə yerləşdirərək az da olsa gəlir(10%) əldə etmə imkanı saxlanmış oldu.

Ekspert hesab edir ki, bunun alternativi olaraq uçot dərəcəsi aşağı salınaraq və manatda məcburi ehtiyat normasını yüksəldilərək bankları iqtisadiyyatın kreditləşdirməsinə məcbur edə bilər. Nəticədə MB əlavə faiz xərclərini ciddi həcmdə azalda bilər. Bu isə infilyasiyanı yüksəldə bilər. C.İbrahimli əlavə edib ki, uzun müddətdə sadəcə pul siyasəti ilə inflyasiyanın tənzimlənməsi çətin görünür.