30 Oktyabr

Avronu ən ucuz haradan almaq olar?

Avronun dollar qarşısında gündən-günə bahalaşması dollarda vəsaiti olan insanlara biraz narahatlıq yaradıb. İnsanlar düzgün yatırım etmək üçün ilk növbədə yerli və xarici analitiklərin və iqtisadi ekspertlərin məqalələrinə, müsahibələrinə nəzər yetirir. Vəziyyəti düzgün qiymətləndirib valyuta dəyişən investorlar da ölkəmizdə az deyil. Avronun son günlərdə bahalaşması həmin investorlar üçün bir siqnal olub. Ümumiyyətlə, Azərbaycanda insanlar xarici valyuta tələbini banklar vasitəsilə ödəyir. Bank hesabında dollarda vəsaiti olanlar həmin vəsaiti avroya dəyişmək istəsələr, həmin bankın avro satış kursuna uyğun edə bilərlər. Fins.az banklarda və investisiya şirkətlərində dolları avroya çevirməyin yollarını araşdırıb.

Bir çox banklarda dollardan avroya birbaşa konvertasiya əməliyyatı olunmur. Yəni, əgər sizin dollarda vəsaitiniz var və onu avroya dəyişmək istəsəniz ilk növbədə vəsait cari günə olan məzənnə ilə manata, daha sonra manatdan avroya konvertasiya olunur. Və hər bir konvertasiya əməliyyatları zamanı 0.5% - 0.7% arası konvertasiya komissiyası tutlur. Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyası əsasında fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə də xarici valyuta almaq olar. İnvestisiya şirkətləri yerli maliyyə bazarları ilə yanaşı beynəlxalq maliyyə bazarlarına çıxışı olan şirkətlərdir. Beynəlxalq maliyyə bazarlarında “İnteractive Brokers” vasitəsilə xarici valyutaya olan tələbi yerinə yetirmək olar. İnvestisiya şirkətlərindən əldə etdiyimiz məlumata əsasən banklardan fərqli olaraq, avro almaq istəyən vətəndaşlar əlavə konvertasiya komissiyası ödəmədən əməliyyatı özləri edə bilərlər. İnsanlar bu yolla avro və ya ümumiyyətlə xarici valyuta almaq haqqında çox az məlumatlıdırlar.

Hal-hazırda investisiya şirkətləri arasında “İnteractive Brokers”-ə çıxışı olan AzFinance İnvestisiya Şirkəti də vasitəsilə beynəlxalq bazarlardan avro ala bilərsiniz. Bunun üçün ilk növbədə şirkətin ofisinə yaxınlaşmaq lazımdır. Sizin üçün hesab açılır və müştəri təqdim olunan bank hesabının rekvizitləri üzrə ödəniş edir. Minimum məbləğ 5000 ABŞ dolları həcmindədir (hesablaşma ancaq nağdsız qaydada aparılır). Daha sonra müştərinin sifarişi ilə müəyyənləşdirilmiş həcmdə konvertasiya xərci olmadan xarici valyuta alınır. Müştəri həmin valyutanı istədiyi vaxt sifariş verməklə sata və ya bank hesabına çıxarış edə bilər. İnvestisiya Şirkəti ilə aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: (012) 310-33-30, (050) 290-27-38.