30 Oktyabr

“Qara bazar”da rubl düşdü

Sentyabr ayının 21-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat təşkil edir.

Avro isə hazırda 2.00 manata alınıb 2.01-2.02 manata satılır.

Avqust ayında bahalaşan rus rublu isə ucuzlaşmağa başlayıb. Hazırda rublun alışı 2.90 qəpikdən 2.85 qəpiyə, satışı isə 2.93 qəpikdən 2.90 qəpiyə düşüb. Başqa sözlə, rubl manat qarşısında 1-1,7% ucuzlaşıb.