30 Oktyabr

Ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmaqda davam edir

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunda ilin əvvəlindən başlayan azalma iyul ayında da davam edib. Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu sahəyə kredit qoyuluşu aylıq müqayisədə 0,7%, ilin əvvəlindən 12,4% azalaraq cari il avqustun 1-nə 2 162,1 mln. manat təşkil edib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Cari il avqustun 1-nə əsasən, ölkə iqtisadiyyatına cəmi kredit qoyuıluşunun 16,8%-i məhz bu sahənin payına düşüb. Belə ki, avqustun 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 860,8 mln. manat təşkil edib ki, bunun da 1 812,8 mln. manatının və ya 14,1%-nin vaxtı keçib.