Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək.
Fins.az xəbər verir ki, 25 sentyabr 2017-ci il tarixində keçiriləcək hərrac ilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% müəyyən olunub.
Xəbər verdiyimiz kimi, 18.09.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 557,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.
Mərkəzi Bank 100 milyon manat cəllb edəcəyini açıqlamışdı və bu məbləğdə də cəlb edib.