Naxçıvan Muxtar Respublikasının yanvar-avqust ayları üzrə iqtisadi göstəriciləri açıqlanıb.
Fins.az xəbər verir ki, infrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 635 580 min manat dəyərində investisiya yönəldilib ki, bu da bir ilmöncəki göstəricidən 1,2 % çoxdur. Əsas kapitala yönəldilən investisiyanın 594 228 min manatı və ya 93,5 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.
©BBN