Biznes kartını hansı bankda neçəyə aça bilərəm. Bu sual hazırda bir çox sahibkarı maraqlandırır. Bəs biznes hesab və kart nədi və neçə, neçəyə aça bilərəm? Fins.az xəbər verir ki, biznes kart nəğd ödəniş üçün nəzərdə tutulmadığından ilk növbədə cari hesab açılır. Bu yalnız hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulur. Cari hesabın açılması üçün banka fərdi sahibkar vöen və şəxsiyyət vəsiqəsilə müraciət etməlidir. Hüquqi şəxs isə müəssisə sənədləri ilə müraciət edir. Bura nizamnamə və əmrlər də daxildi. Daha sonra isə cari hesabla bağlı olan korporativ kart hesabi açılır və istəkdən asılı olaraq biznes kart verilir. Fərdi sahibkarlar biznes hesab açdırıb kart almaq istədikdə isə sahibkar olduğunu təqdiq edən şəhadətnamə və vergidən gələn dublikat banka təqdim olunur. Qeyd edək ki, dublikat vergilər nazirliyindən banka avtomatik göndərilir.
Accessesbankda pulsuzdur
Azər Türk bank pulsuzdur
Muğanbank bir illik 10 manat
Kapital bank bir illik 10 manat
Bank Silk Vay – bir illik 15 manat
Bank VTB – iki illik 30 manat
Dəmirbank – biznes kart yoxdur. Yalnız çek kitabçası ilə hesabdan pul çıxartmaq olar
Expressbank bir illik 20 manat
Bank of Baku bir illik 8 manat
Bank Respublika bir illik 10 manat
AFB bank bir illik 50 manat
Amrahbank bir illik 20 manat amma bu kartlarla nağdlaşdırma və cart to cart mümkün deyil.
ATA bank bir illik 20 manat
Beynəlxalq bank – bir illik 10 manat
Bank Avrasiya -biznes kartı ancaq şirkət açdıra bilər
Xalq bank biznes kart pulsuzdur
Gunaybank bir illik 20 manat
NBC bank bir illik 50 manat
AGB bank – bir illik 18 manat
Məlumat üçün bildirək ki, biznes kartların müddəti bir ildən başlayır və bir neçə il ola bilər. Kartın açılma müddətindən asılı olaraq qiymətlər də dəyişir
Müəllif:Xeybər Heydərov