Hazırda bir çox banklardan kredit əldə etmək çətinləşib. Daha dəqiq bankların bir çoxu demək olar ki, kredit vermir. Kredit verən banklar isə iş yerindən arayış, kredit tarixçəsi, əmək haqqının minimum həddi, girov kimi tələblər irəli sürürlər. Tələblərdən biri də zamin istənilməsidir. Hətta bəzən banklar iki zamin tələb edirlər.
Fins.az girovsuz və zaminsiz nağd istehlak krediti verən bankları araşdırıb. Siyahı belədir:
Bankın adı |
Məbləğ |
İllik faiz |
Müddət |
AccessBank |
10 min manat |
29% |
6-24 ay |
NBC bank |
10 min manata kimi |
28-30% |
24-60 ay |
Nikoil bank |
3 min manata kimi |
28-30% |
36 ay |
Dəmirbank |
3 min manata kimi |
26% |
60 ay |
Expressbank |
10 min manata kimi |
28-30% |
36 ay |
Bank Respublika |
5 min manata kimi |
30% |
24 ay |
Unibank |
15 min manata kimi |
23-33% |
36 ay |
Azər Türk Bank |
3 min manata kimi |
26-26% |
36 ay |
Azərbaycan Beynəlxalq Bankı |
15 min manata kimi |
29% |
24 ay |
Kapital Bank |
20 min manata kimi |
29% |
40 ay |
Məlumat üçün bildirək ki, siyahıda adı olan NBC bank zaminsiz və girovsuz istehlak kreditini yalnız dövlət işində işləyənb şəxslərə verir. Kapital bank və Azərbaycan Beynəlxalq bankı isə nağd istehlak kreditini yalnız bu banklardan maaş və ya pensiya alanlara verir.
Müəllif:Xeybər Heydərov